21 sentyabr 2023 at 16:39
Jurnalist kodu: 5487
Xəbər kodu: 85235178
T T
0 Persons

Tags

Müqəddəs Şahçıraq (ə) ziyarətgahına hücumda şübhəli bilinən əsas şəxs edam cəzasına məhkum edilib

Şiraz – İRNA – Şahçıraq (ə) hərəminin zəvvarlarına və xidmətçilərinə edilən son hücumdan 40 gün keçdi və Şiraz İslam İnqilabı Məhkəməsinin birinci şöbəsində üç dinləmə keçirildikdən sonra bu işdə təqsirləndirilən şəxslərə ölüm və həbs hökmləri oxundu.

İRNA-nın məlumatına görə, Fars Əyaləti Ədliyyəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Höccətül-İslam vəl-Müslimin Seyid Kazım Musəvi cümə axşamı günü deyib: Şahçıraq (ə) hərəminin zəvvarlarına və xidmətçilərinə hücum hadisəsi ilə bağlı ittiham olunan birinci dərəcəli şəxs, Mustafa Əsləmyar kimi tanınan Rəhmətullah Novruzov Tacikistan vətəndaşıdır. O, cari ilin avqust ayının 13-də axşam saatlarında Şahçıraq (ə) hərəminə silahlı basqın etmidir. O, müharibə, fitnə və ölkənin təhlükəsizliyinə qarşı sövdələşmə ilə ittiham olunub. İstintaq mərhələlərini keçdikdən, Şiraz Ümumi və İslam İnqilabı Məhkəməsində mühakimə çağırışı və ittiham aktı verdikdən və Şiraz İslam İnqilab Məhkəməsinin birinci şöbəsində 20 saatlıq dinləmə keçirdikdən sonra o, iki dəfə edama məhkum edilib.

Fars Ədliyyəsinin sədri təqsirləndirilən şəxsin məhkəmədə sübuta yetirilən hər bir ittihama görə bir dəfə edam cəzasına məhkum edildiyini vurğulayıb və deyib: Əsas təqsirləndirilən şəxslə bağlı aparılan tam və hərtərəfli istintaq və İŞİD əməliyyatçıları ilə mütəşəkkil əlaqələrin yoxlanılması səbəbindən o cümlədən prokurorluqda, habelə məhkəmə kollegiyası qarşısında aparılan istintaq zamanı İŞİD qruplaşmasına üzvlüyünü və əməkdaşlıq etdiyini açıq şəkildə etiraf etməsi və terror törətmək məqsədi ilə odlu silahdan istifadə etməsi, nəticədə iki nəfərin şəhid olması, 7 nəfərin yaralanması, törədilmiş əməlin cinayət xarakteri məhkəmə tərəfindən sübuta yetirilərək ittihamın başlığına uyğun protokollaşdırılmış və təqsirləndirilən şəxs İslami Cinayət Məcəlləsinin müddəalarına əsasən müharibə və üsyan cəzasına məhkum edilmişdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .